Füzulidə top mərmisi tapıldı
21:27 16 May 2018
Füzuli rayonunun Böyük Bəhmənli kəndində su nasosu stansiyasının yaxınlığında 1 ədəd yanmış top mərmisi aşkar olunub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, bu gün saat 11:24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:45-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Araz su nasosu stansiyasının yaxınlığına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən əraziyə sonradan atılmış 1 ədəd yanmış top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərminin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Femida.az
Oxunub: 541
Oxşar xəbərlər
- Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Prezident və birinci xanım Füzuliyə səfər ediblər
- İlham Əliyev Füzulidə Peşə Liseyinin təməlini qoyub
- Füzulidə velosiped sürən gənci avtomobil vurub