"Nə? Harada? Nə zaman?" üzrə IV Azərbaycan Kubokunun finalı keçiriləcək


21:41     16 May 2018 18_05_16_1526478132.jpg

"Nə? Harada? Nə zaman?" üzrə I VAzərbaycan Kubokunun finalı keçiriləcək "Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun finalçıları məlum olub.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun seçim mərhələsi başa çatıb.

Aprel və may aylarında baş tutmuş iki seçim turu nəinki paytaxtda, həmçinin ölkənin bir neçə regionunda keçirilmişdir. Bakıdakı yarışda ilk 16 yeri tutmuş komanda, regionlarda isə müvafiq region üzrə ilk yeri tutmuş komandalar Azərbaycan Kubokun finalında mübarizə aparmağa haqq qazandılar. Yaxın günlərdə Azərbaycan Kuboku finalının qrup oyunlarının püşkatma mərasimi keçiriləcək.

"Nə? Harada? Nə zaman?" oyunu üzrə IV Azərbaycan Kubokunun finalı 3 İyun 2018-ci il tarixində Park Inn Radisson otelində keçiriləcək.

Açar sözlər:

Oxunub: 897