14 yaşlı məktəblini avtomobil vurdu
22:19 16 May 2018

Sabirabadda 14 yaşlı məktəblinin avtomobil vurub.
Femida.az xəbər verir ki, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlunu məktəbin qarşısında "Prado" markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 564