İtkin düşən alpinistlərin meyitləri TAPILDI - SON DƏQİQƏ

İtkin düşən alpinistlərin meyitləri TAPILDI - SON DƏQİQƏ

19:00     16 May 2018 alpinist4.jpg

Qubada itkin düşən alpinistlərin hər üçünün meyiti tapılıb.

Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.

FHN-dən Femida.az-a verilən məlumata görə, 19:00 radələrində isə daha 2 meyit (kişi və qadın) aşkar edilib.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.



Femida.az

Açar sözlər: #FHN   #alpinist   #itki   #Quba   #Xınalıq  

Oxunub: 29492