ABŞ-a köçmək istəyən azərbaycanlıların sayı artıb


23:33     16 May 2018 18_05_16_1526484888.jpg


“Greencard” lotereyasında iştirak edən azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artıb.

Femida.az Oxu.Az-a istinadən xəbər verir ki, oyunun nəticələri mayın 15-də elan olunub.

Bu dəfə “qrin-kart” əldə etmək üçün 50 mindən çox azərbaycanlı lotereyada iştirak edib.

Hal-hazırda qaliblərin sayının müəyyən edilməsi üçün hesablamalar aparılır.

“Greencard.az” (“United States Permanent Resident Card”ın Azərbaycandakı rəsmi nümayəndəsi) şirkətinin mütəxəssisi Röyal Cəfərovun sözlərinə görə, nəticələrin yoxlanılması müəyyən qədər vaxt çəkəcək.

Qeyd edək ki, hər il Azərbaycandan 300-500 nəfər “Greencard”ın qalibi olur.

“Bu il, bu göstəricinin 700-800 nəfərə qalxacağını gözləyirik. Həmişə olduğu kimi bu il də müraciət edənlərin böyük əksəriyyətini 18-24 yaşlarında olan subay gənclər təşkil edib”, – deyə Cəfərov bildirib.

Qeyd edək ki, “qrin-kart”ın qalibi vətəndaşlığını itirmədən ABŞ-da daimi yaşamaq, işləmək və təhsil almaq icazəsi alır.

Femida.az

Açar sözlər: #greencard   #Azərbaycan   #lotoreya   #ABŞ  

Oxunub: 1546