Moskvada ermənilər kütləvi şəkildə həbs edilir - Səbəbi...


00:36     17 May 2018 18_05_16_1526487170.jpg


İrəvandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.

“Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular – onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”, - Femida.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.

Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır.

“Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar”, - o bildirib.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər.

“Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər əslində simvolik, sırf deklarativ xarakter daşıyır”, - o vurğulayıb.

Femida.az

Açar sözlər: #Moskva   #erməni   #Rusiya   #həbs  

Oxunub: 697