Çağatay Ulusoy həbs edildi - Narkotik alverinə görə


01:08     17 May 2018 18_05_16_1526490819.jpg


Türkiyədə son həbslər şok effekti yaradıb.

Məşhur aktyor, "Medcezir" və "İçerde" kimi seriallarla rekordlar qıran Çağatay Ulusoy haqqında həbs qərarı çıxarılıb. Onunla yanaşı aktrisa Gizem Karaca 4 il 2 ay, müğənni Cenk Eren isə 6 il 3 ay azadlıqdan məhrum edilib.

Buna səbəb adı çəkilən şəxslərin narkotik ticarətində günahlandırılmasıdır.

Çağatay Ulusoy, 2011-ci ildə "Türkiyə gözəli" yarışında ikinci olan aktrisa Gizem Karaca, Cemal Hünal, Yusuf Akgün, Ergun Taş, müğənni Cenk Eren, DJ Nuri Kösem, Ayşe Selin Boronkayın da aralarında yer aldığı 34 nəfərin mühakimə olunduğu prosesdə məhkəmə 5 il sonra qərarını açıqlayıb.

Qeyd edək ki, Çağatay Ulusoy ötən il Türkiyədə ən yaşxı aktyor nominasiyasının qalibi olmuşdu.



Femida.az

Açar sözlər: #Türkiyə   #aktyor   #həbs   #narkotik  

Oxunub: 2505