Şamaxıda dəhşətli itihar - 13 yaşlı şagird özünü asdı

Şamaxıda dəhşətli itihar - 13 yaşlı şagird özünü asdı

22:36     16 May 2018 oglan%20asdi.jpg

Şamaxı rayonunda məktəb şagirdi intihar edib.

Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki "Cümə məsçidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini, adının Zəka olduğu bildirilən 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib. Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3206