Sahil Babayev 4 DSMF müdirini işdən çıxardı

Sahil Babayev 4 DSMF müdirini işdən çıxardı

10:47     17 May 2018 18_05_17_1526539771.jpg


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.

Femida.az-ın Mia.az-a istinadən məlumatına görə, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.


Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

Femida.az

Açar sözlər: #DSMF   #ƏƏSMN   #Sahil_Babayev   #vəzifə  

Oxunub: 610