Nazirlik şəxsiyyət vəsiqəsi payladı


23:00     11 May 2015 daxili_isler_nazirli_femida.az.jpg

Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə DİN rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında səyyar xidmətlər keçirilib


DİN-in mətbuat xidmətindən Femida.az-a daxil olan xəbərdə bildirilir ki, növbəti belə tədbir paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşmış Lerik rayon sakinləri üçün keçirilib.

Lerik RPŞ-nin müvafiq qurum əməkdaşlarının iştirakı ilə baş tutmuş anoloji xidmət zamanı əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş 250 nəfərə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.

Açar sözlər:

Oxunub: 702