Tovuzda uşaq yandı


18:33     26 Sentyabr 2015 716246.jpg


Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Yusif Habil oğlu Həşimov həyətdə qalanan tonqalın üzərinə benzin tökdüyü zaman alov onun üz və əllərini yandırıb. O, dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər Y. Həşimovun vəziyyətini orta ağır qiymətləndirirlər.

Açar sözlər:

Oxunub: 855