Sürücülərin nəzərinə - Bu yollar rənglənir
15:09 17 May 2018
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, analoji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi Azneft meydanı istiqamətində də aparılır.
"Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 720
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb