Sel daşqınları nəticəsində 5 nəfər canından oldu


15:33     17 May 2018 dasqin%20yol%20samaxi%20sel.jpg

Özbəkistanın cənubunda baş verən sel daşqınları nəticəsində insan tələfatı qeydə alınıb.


Femida.az-ın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Özbəkistanın Kaşkadar vilayətində baş verib.

Sel daşqınları nəticəsində 5 nəfər ölüb. Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə və bərpa işləri aparılır.

Qeyd edilib ki, sel daşqınlarına ölkənin bir sıra bölgələrində aramsız yağan leysan yağışlar, həmçinin kəskin istiləşmə səbəb olub.

Femida.az

Açar sözlər: #Özbəkistan   #FHN  

Oxunub: 618