Qızıl 8 dollardan çox ucuzlaşıb


18:41     26 Sentyabr 2015 569554_4563068.jpg


Amerika fond bazarında Dow Jones indeksi 0,70% - 16 314,67 bəndədək artıb, S&P 500 0,05% - 1 931,34 bəndədək, NASDAQ 1,01% - 4 686,50 bəndədək azalıb.

Femida.az-ın məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,47% - 6 109,01 bəndədək, Fransa CAC-40-ı 3,07% - 4 480,66 bəndədək, Almaniya DAX-ı isə 2,77% - 9 688,53 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 8,20 dollar azalaraq 1 145,60 dollara, gümüş isə 0,04 dollar ucuzlaşaraq 15,10 dollara satılıb.

Açar sözlər:

Oxunub: 839