Qumla dolu “KamAZ” aşdı - Yaralı var


16:05     17 May 2018 kamaz8.jpg

Ağsu rayonunda yük avtomobili aşıb.



Femida.az-ın xəbərinə görə, hadisə Ağsu-Kürdəmir yolunun 10-cu kilometrliyində qeydə alınıb. Rayon sakini Məmmədov Əlibala Əli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, qumla dolu nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü xəsarət aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Kamaz   Qum   Ağsu  

Oxunub: 814