Milli qəhrəmanın oğlunun maşınından oğurluq edildi


16:40     17 May 2018 masin_ogrusu_018.jpg

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində Rəşad Rəhimova məxsus “Mercedes” markalı avtomobildən oğurluq edilib.


Femida.az-ın xəbərinə görə, naməlum şəxslər avtomobilə maddi ziyan vurublar və maşının ehtiyat hissələrini oğurlayıblar.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsunin 16-cı Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, avtomobilin sahibi milli qəhrəman Koroğlu Rəhimovun oğludur.

Femida.az

Açar sözlər: #Polis   #Maşın   #İdarə   #Oğurluq  

Oxunub: 643