Sürücü özbaşnalığı davam edir - Nəqliyyat Agentliyi niyə susur? (VİDEO)


18:22     17 May 2018 2018/05/avtobus38_1526552214.jpg

İctimai nəqliyyat vasitələrinin sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməsi vacib şərtlərdən biridir.


Təəssüflər olsun ki, çox vaxt sürücülər bunun məsuliyyətini dərk etmir.

Femida.az xəbər verir ki,Bakı ətrafı qəsəbələrə sərnişin daşınması ilə məşğul olan 204 saylı marşurutun sürücüsü sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub.
Vətəndaşların saytımıza ünvanladığı müraciətə görə,qeyd olunan mənzərə ilə tez-tez rastlaşmaq mümkündür.Bununla bağlı Bakı Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etsələr də, tədbir görən olmayıb.

Femida.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevlə əlaqə saxlayıb.Sektor müdiri qeyd olunan problemlə bağlı araşdırma aparılacağını və əlavə məlumat veriləcəyini qeyd etsə də, əlavə məlumat verməyib.

Xatırladaq ki, təhlükəsizlik qaydalarına görə avtobus sürücülərinin sərnişinlə birgə yanacaq doldurma məntəqəsinə girişi qadağan edilir.

Sərnişin dolu avtobusun yanacaqdoldurma məntəqəsinə necə daxil olmasının görüntülərini təqdim edirik:













Miri Məcidli
Femida.az

Açar sözlər: #Avtobus   #Sürücü   #BNA   #video   #kriminal   #Youtube  

Oxunub: 25956