Ərdəbildə daha bir nəfər edam edilib


18:40     17 May 2018 edam_051013_main.jpg

İranda quldurluqda və qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər edam edilib.


İran mənbələrinin yaydığı xəbərə əsasən, adı mediaya açıqlanmayan 41 yaşlı müttəhim, mayın 16-sı, sübh saatlarında Ərdəbil şəhərinin zindanında dara çəkilib. Bildirilir ki, həmin şəxs, dostlarından birinin köməyi ilə “Exchange”lərdən (valyuta dəyişmə məntəqəsi) birinə silahlı basqın edərək, onun sahibini qətlə yetirmiş, pullarını isə mənimsədikdən sonra hadisə yerindən qaçmışdı.

Son vaxtlar, İranın iqtisadi və ictimai durumunun gündən-günə ağırlaşaraq pisləşməsi nəticəsində, ölkənin müxtəlif şəhərlərində bu kimi cinayət əməllərinin sayı xeyli dərəcədə artıb.

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

Femida.az

Açar sözlər: #Ərdəbil   #Edam   #Oğurluq  

Oxunub: 705