Ermənistan vətəndaşı Azərbaycana keçmək istədi

Ermənistan vətəndaşı Azərbaycana keçmək istədi

15:52     17 May 2018 Serhed%20kendi%20030512.jpg

Ermənistan vətəndaşı Azərbaycanla sərhədi keçməyə cəhd göstərib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, mayın 1-də Ermənistanın Tavuş vilayətinin sərhədyanı Verin Karmiraxpyur kənd sakini, 1975-ci il təvəllüdlü şəxs öz köynəyini ağ bayraq əvəzi istifadə edərək Azərbaycanla sərhədi keçməyə çalışıb.

Erməni əsgərlər onun bu cəhdinin qarşısını alıb. Saxlanılan şəxs Verin Karmiraxpyur kəndində orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Rusiyada hərbi məktəbə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb. Ermənistanla yanaşı Qazaxıstan vətəndaşlığı daşıyan şəxsin iki uşaq atası olduğu bildirilib.

O, bir müddət əvvəl kəndə anasının yanına qayıdıb. 12, 13 may tarixlərində isə Qazaxstana uçmağı planlaşdırırmış, lakin hava limanında biletini cıraraq fikrindən daşınıb.

Hazırda faktla bağlı Ermənistanın təhlükəsizlik xidməti və hərbi polis məşğuldur.

Femida.az

Açar sözlər: #Ermənistan   #vətəndaş   #Azərbaycan   #sərhəd  

Oxunub: 766