Prezident qalmaqallı icra başçısını işdən çıxardı - YENİLƏNDİ


20:27     17 May 2018 2018/05/xaleddin_isgenderov-azeuro-1_1526559352.jpg

Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Femida.az-ın məlumatına görə, prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

***

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib. X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır. Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.

Femida.az xəbər verir ki, Xaləddin İsgəndərov xəbəri təsdiqləyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, “heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Qeyd edək ki, Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat alıb. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

Femida.az

Açar sözlər: #Xaləddin-İsgəndərov   #Vəzifə  

Oxunub: 3044


Oxşar xəbərlər