Deputat jurnalisti təhqir etdi


21:58     17 May 2018 18_05_17_1526565652.jpg


Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.

Femida.az-ın məlumatına görə, Modern.az saytının əməkdaşı “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib.

Deputat Əliağa Hüseynov müxbirimiz zəng edərkən telefonu açıb, sualı dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:

“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.

Deputatın gözlənilməz münasibətindən təəccüblənən və az qala şoka düşən müxbirimiz onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.

Qeyd edək ki, Əliağa Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib.

Femida.az

Açar sözlər: #deputat   #jurnalist   #təhqir  

Oxunub: 1354