Azərbaycanlılar artacaq, ermənilər azalacaq - BMT-dən şok proqnoz


23:53     17 May 2018 18_05_17_1526572457.jpg

Ermənistanın əhalisi 2050-ci ilə kimi 2,7 milyon nəfərə qədər azalacaq.



Femida.az xəbər verir ki, bu haqda BMT-nin “Qlobal urbanizasiyanın perspektivləri 2018” adlı icmalında deyilir.

BMT-nin proqnozlarına görə, qeyd olunan ilə kimi Azərbaycan əhalisi bir milyon artaraq 11 milyon təşkil edəcək.

Ermənistanın daimi əhalisinin sayı 1 aprel 2018-ci il statistikasına əsasən təxminən 3 milyon nəfər təşkil edir. 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə əhalisi 11,6 min nəfər azalıb.

BMT proqnozlarına görə, BMT-ə daxil olan ölkələr arasında ən kəskin əhali azalması Gürcüstanda baş verəcək.

Açar sözlər: #Azərbaycan   #Ermənistan   #BMT  

Oxunub: 1763