Hərbçilər üçün telefon istehsal ediləcək - Şifrəli mesajlaşma

Hərbçilər üçün telefon istehsal ediləcək - Şifrəli mesajlaşma

20:16     17 May 2018 2018/05/Türk-Silahlı-Kuvvetleri-telefon_1526573884.jpg

Türkiyə ordusunun informasiya təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi telefonlar istehsal ediləcək.


Femida.az “CNN Türk”ə istinadən xəbər verir ki, telefonun proqram təminatı türk mütəxəssislər tərəfindən hazırlanacaq.

Məlumata görə, bu telefonlar “Android” sistemi ilə təchiz ediləcək. Lakin, telefona proqram yazmaq mümkün olmayacaq. Bundan başqa, səsli danışıqlar birbaşa qeydə alınacaq.

Bundan başqa, telefon SMS və ya “WhatsApp” kimi mesajlaşma xidmətləri əvəzinə, xüsusi şifrəli proqramla təmin ediləcək.

Telefonlar vacib bölgələrdə xidmət aparan əsgərlərə veriləcək.

Açar sözlər: #Türkiyə   #Ordu  

Oxunub: 764