Bakıda qaraj, Sumqayıtda ev yandı


13:42     18 May 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 15 kv.m olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 6 kv.m sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 10 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Qaraj   #FHN  

Oxunub: 613