Bakının mərkəzində binanın eyvanı uçdu - FOTO


14:08     18 May 2018 2018/05/180518__(1)fb_3053247710.jpg

Bakının mərkəzində binanın eyvanı uçulub.


Femida.az-ın Trend-ə verdiyi məlumata görə, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.



Femida.az

Açar sözlər: #Bina   #Uçqun    

Oxunub: 852