Ermənistan XİN-də Qarabağ müzakirəsi


14:12     18 May 2018

Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.


Femida.az xəbər verir ki, Kasprşik Fransanın paytaxtı Parisdə Azərbaycan xarrici işlər naziri Elmar Məmmədyarovla keçirilmiş görüşün nəticələrini Ermənistanın xarici işlər nazirinə təqdim edib.

Mnatsakanyan Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə həllinə sadiqliyini təsdiqləyib, bu kontekstdə əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsini vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək iş proqramlarına toxunublar.

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #Qarabağ  

Oxunub: 535