Serbiya prezidenti Bakıya gəlir - İlham Əliyevlə görüş


14:47     18 May 2018 2018/05/ilham-vucicc_1526626166.jpg

Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycana səfərə gələcək.


Femida.az-ın diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, səfər zamanı A.Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi nəzərdə tutulur.

Bakıda iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Serbiya prezidentinin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.

Səfər mayın 22-də başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 526