Spirtli içki və siqaret satanlar DİQQƏT! - Baş nazir qərar verdi


14:55     18 May 2018 18_05_18_1526626596.jpg


Ticarət obyektlərinin girişində etil (yeyinti) spirti, alkoqollu içki və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışını qadağan edən elan yerləşdiriləcək.

Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirilir:

"Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir”.

Femida.az

Açar sözlər: #spirt   #içki   #siqaret   #tütün   #satış   #baş_nazir   #qərar  

Oxunub: 1258