Mingəçevirdə ağır qəza - 5 nəfər xəsarət alıb

Mingəçevirdə ağır qəza - 5 nəfər xəsarət alıb

11:05     18 May 2018 Qeza2.jpg

Mingəçevir şəhərində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, şəhərin M. Maqomayev prospektində sürətlə hərəkət edən “Lada Priora” markalı minik avtomobili yolun kənarında dayanmış “VAZ-2106” avtomobilinə çırpılaraq aşıb. Hadisə zamanı “Lada Priora”nın sürücüsü, 1983-cü il təvəllüdlü Mərdanov Elşən Bakir oğlu, 1995-ci il təvəllüdlü Tanrıverdiyeva Könül Nazim qızı, onun bacısı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva, 1991-ci il təvəllüdlü Ədilova Aysel Şamil qzı və “VAZ 2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Mingəçevir   #Yaralı  

Oxunub: 336