Lənkəranda 4 uşaq zəhərləndi – SƏBƏB
15:48 18 May 2018
Lənkəranda uşaqlar arasında zəhərlənmələr artıb.
Femida.az report-a istinadən verdiyi xəbərə görə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə olan 4 uşaq gətirilib. Onların hər birinə qanda parçalanma diaqnozu qoyulub. Həkimlər bu halı paxlalı bitkilərdən istifadə zamanı baş verən zəhərlənmənin nəticəsi kim qiymətləndirib.
Eyni gündə Masallı rayon sakini 2012-ci il təvəllüdlü Əliyev Mustafa Mahir oğlu, eyni yaşda olan Lənkəran şəhər sakini Axundov Əli Vüsal oğlu, Yuxarı Nüvədi kənd sakini Əlizadə Zeynəb Xanbala qızı və Separadi kənd sakini olan 2015-ci il təvəllüdlü Məmmədov Səfərsadiq Tofiq oğlu xəstəxanaya gətiriliblər. Təcili olaraq onların qanları yuyulub, zəruri tədbirlər görülüb. Hazırda vəziyyətləri stabil olaraq qalır.
“Report”un əldə etdiyi məlumata görə son günlərdə eyni vəziyyətdə daha bir neçə azyaşlı xəstəxanaya gətirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan müalicə almaq üçün Bakıya göndərilib.
Oxunub: 534
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib