Ermənistanda aksiyalar səngimir: “Baş prokuror da getsin!”


16:01     18 May 2018 2015-06-23-10-42-36irevan-aksiya1-640.jpg

Yüzlərlə nümayişçi Ermənistan Baş prokurorluğunun binasının qarşısında toplaşaraq, bu dəfə baş prokuror Artur Davtyanın istefasını tələb edirlər.


Femida.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Biz tələb edirik ki, baş prokuror Davtyan aşağı ensin və bütün bu illər ərzində günahsız insanlara qarşı etdiklərinə görə cavab versin! O, istefaya getməlidir”, – piketin təşəbbüskarlarından olan aktivist və hüquq müdafiəçisi Vardqes Qaspsari tələbi mətbuata açıqlayıb.

Prokurorluğun binasının qarşısına həmçinin keçmiş general Samvel Babayanın tərəfdarları da yığışıb. O, sabiq prezident Serj Sarkisyana sui-qəsdin planlaşdırılmasında şübhəli bilinərək, 2017-ci ildə həbs edilmişdi.

Femida.az

Açar sözlər: #Prokuror   #İrəvan   #Prezident  

Oxunub: 650