Cinsi yolla İİV-ə yoluxanların sayı artıb - ŞOK RƏQƏMLƏR


16:14     18 May 2018 2018/05/o-que-fazer-quando-ele-nao-quer-mais-sexo-2_1526631727.jpg

"Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 4427 nəfər müalicə alır".


Femida.az xəbər verir ki, bunu Mərkəzin direktor əvəzi Eldəniz Muradov deyib. O, bildirib ki, müalicə nəticəsində xəstələr sağlam həyat tərzi sürür, cəmiyyətə adaptasiya olur:

"Onlar ailə qururlar, uşaqları olur və bu uşaqlar sağlam olur. 25-30 il qeydiyyatda olan xəstələr var və biz onlarda infeksiyanın inkişafının qarşısını almışıq. Ölənlərin hamısı HİV-dən ölməyib, qəzaya düşənlər və digər səbəblərdən də ölənlər var".

E.Muradovun sözlərinə görə, Azərbaycan İİV epidemiyasının təmərküzləşmə fazasındadır: "Yəni epidemiya yoluxma yüksək yaş qrupları arasında üstünlük təşkil edir. Bu qrupda narkotik istifadəçiləri, seks biznes işçiləri və anadan uşağa ötürmə üstünlük təşkil edir".

Direktor əvəzi qeyd edib ki, son illərdə cinsi yolla İİV-ə yoluxanların sayı artıb: "Son illərdə İİV-ə yoluxmuş qadınların sayı artır. Kişilər də öz ailələrində cinsi patnyorlarına bu xəstəliyi yoluxdurur. Əsasən 30-39 yaş arasında olan qadınlarda yoluxmalar daha çox müşahidə edilir. Amma uşaqlar olduqca azdır".

Eldəniz Muradov deyib ki, bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 193 nəfər təşkil edib. Onlardan 188-i Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir: "Qeydiyyata alınmış 188 Azərbaycan vətəndaşından 123-ü kişi, 65-i qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfər olub. Bu ilin 4 ayında İİV infeksiyasından 16 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub".

E. Muradov qeyd edib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşlarından 23 nəfəri parenteral kontakt, 89 nəfəri heteroseksual kontakt, 10 nəfəri homoseksual kontakt, 2 nəfəri anadan uşağa ötürülməklə İİV-ə yoluxub, 64 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 2631