Azərbaycan-İran sərhədində qəribə olay - Pişik aparan şəxs tutuldu


17:00     18 May 2018 18_05_18_1526635516.jpg

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.


Dövlət Sərhəd Xidmətindən (DSX) Femida.az-a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­mış­­dır.

Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­muşdur.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilmişdir.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər: #Sərhəd   #İran   #azərbaycan  

Oxunub: 1771