Sabah bu rayonlarda leysan olacaq
17:14 18 May 2018
Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Femida.az
Oxunub: 1037
Oxşar xəbərlər
- Sabah rayonlara leysan yağacaq, dolu düşəcək
- Hindistanda leysan yağışlarında 17 nəfər ölüb
- Hindistanda leysan yağışları insan tələfatına səbəb olub
- Bəzi yerlərdə leysan yağıb, Talaçaydan sel keçib - FAKTİKİ HAVA
- Leysan yağışlar nəticəsində üç çayda sel olub
- Çində güclü leysan-73 ölüm
- Moskvada güclü leysan
- Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
- Sabah güclü külək əsəcək, leysan xarakterli yağış yağacaq
- Leysan yağışlar 73 nəfərin ölümünə səbəb oldu