Qız ataları hələ də onun məzarına keşik çəkir


18:06     18 May 2018 2018/05/turkan111_1526638389.jpg


Türkiyə Çağdaş Yaşamı Dəstəkləmə Vəqfinin sədri, tanınmış alim və ictimai xadim Türkan Saylanın vəfatından 9 il ötür.

Femida.az xəbər verir ki, Türkan Saylan 13 dekabr 1935-ci ildə İstanbulda dünyaya göz açıb. 1944-1946-cı illərdə Kandilli İbtidai sinfində, 1946-1953-cü illərdə Kandilli Qız Liseyində təhsil alıb, 1963-cü ildə İstanbulda tibb fakultəsini bitirir, həmin universitetdə dermatologiya üzrə çalışır, İngiltərədə təhsilini davam etdirir. 1974-cü ildə Fransada, 1976-da İngiltərədə çalışır. 1972-ci ildə dosent, 1977-ci ildə professor ünvanını qazanır.



Saylan 1976-cı ildən etibarən cüzam xəstəliyinə qarşı savaş açır, xəstəliyi yenmək yolunda çalışmalara başlayır, “Cüzamla savaş dərnəyi və vəqfi”ni yaradır. Bu çalışmalarına görə 1986-cı ildə “Beynəlxalq Qandi mükafatı”nı qazanır. 2006-cı ilə qədər bu sahədə Dünya Səhiyyə Təşkilatının məsləhətçisi olur, “Beynəlxalq Lepra Birliyi”nin qurucusu, başqan yardımçısı olur, “Beynəlxalq Lepra Dərnəyi”nin üzvü olur. 21 il, 1981-2002-ci illərdə könüllü olaraq İstanbul Lepra Xəstəxanasının baş həkimi olur.



O, Beynəlxalq Lepra Birliyinin qurucularından biri və sədr müavini, Avropa Dermatoloji-Veneroloji Akademiyasının üzvü olub. 1989-cu ildə bir qrup atatürkçü ziyalı ilə birlikdə dünyəvi dövlət və təhsil sistemini qorumaq məqsədilə Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyini qurub.

Həyatı boyunca ölkə daxili və xaricində çoxlu sayda mükafata layiq görülüb. Türkiyədə dünyəviliyə qarşı olan təriqətlərin və dini-siyasi cərəyanların ən böyük düşmənlərindən biri olub.



2009-cu il aprelin 13-də terror təşkilatı olduğu iddia edilən “Ergenekon”la bağlı istintaq çərçivəsində evi və rəhbərlik etdiyi dərnəyin ofisləri polis tərəfindən axtarılıb.

Ömrünün sonlarına yaxın bir zamanlar ifşa etdiyi adamın dəstəkçiləri ona ən çirkin şəkildə hücuma başlayırlar. Xərçəng xəstəliyinə tutulduğu üçün saçları tökülən və buna görə başına yaylıq bağlamasını Allahın qəzəbi olduğunu deyirlər. Hətta onun haqqında “Ergenekon məhkəməsindən canını qurtarmaq üçün öldü” başlıqlı yazılar da yazırlar.
Saylan xəstə yatağından türk millətinə belə edir:



“Hamının bildiyi kimi ÇYDD həm darbəyə (hərbi çevrilişə), həm də şəriətə qarşıdır. Ölkənin təhsil yolu ilə inkişafına çalışır. Ergenekon və başqa təşkilatlarla heç bir əlaqəsi yoxdur və ola bilməz də. Qısa olaraq desək, ÇYYD olaraq Türkiyəmizdə bir hüquq dövləti, Atatürk dəyərlərini rəhbər tutan bir idarəçilik istəyirik. Beynəlxalq hüquq anlayışlarının hər kəsin beynində, ürəyində yer tutmasını və ədalətli məhkəmə qərarlarının hökmranlığını gözləmək bir vətəndaş olaraq hamımızın haqqı olduğunu düşünürük. Biz də haqqımızı müdafiə edəcəyik”.

Türkan Saylan 18 may 2009-cu il saat 04:45-də həyata gözlərini yumur və İstanbulda Feriköy məzarlığında dəfn edilib.

Vəfat etməsinə baxmayaraq Türkan Saylan dini-siyasi cərəyanların düşməni olan, cəhalətə qarşı mübarizə aparan hər bir Türk insanının qəlbində yaşayır. Hətta bir zamanlar təhsil almağa imkan verməyən qızların ataları indi hər həftə növbəli şəkildə onun məzarına keşik çəkir. Çünki Türkan Saylan təhsilsiz qızların savadlanması uğrunda cəsarətlə mübarizə aparan ictimai xadim idi.



Femida.az

Açar sözlər: Türkan-Saylan  

Oxunub: 1381


Oxşar xəbərlər