Təhsil nazirindən rektorlara tapşırıq - 10 gün müddətində hesabat verməlidirlər
18:23 18 May 2018
Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib.
Femida.az-ın məlumatına görə, C.Bayramov bununla bağlı əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.
Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalı, qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratmalı, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Əmrlə Nazirliyin Elm, ali və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar.
Femida.az
Oxunub: 800
Oxşar xəbərlər
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Təhsil naziri uşaq bağçalarındakı vəziyyəti açıqlayıb
- Təhsil naziri: "Bu il onlayn qaydada bağçalara işə qəbul keçiriləcək"
- Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub
- Təhsil naziri Naxçıvana gedib
- Təhsil naziri yeni tədris ilinin gec başlaması məsələsinə aydınlıq gətirib
- Təhsil naziri yeddi rayon sakinləri üçün videoqəbul keçirəcək
- Təhsil naziri “Son zəng”i Tapqaraqoyunluda qeyd etdi
- Türkiyənin təhsil naziri Hərbi Qənimətlər Parkında olub
- Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul edib