Qoyun oğrusu tutuldu


18:37     18 May 2018 tutulub8.jpg

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.


DİN-dən Femida.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 751


Oxşar xəbərlər