İşlədiyi yerdən oğurluq etdi


19:50     18 May 2018 kabel.jpg

Mayın 13-də Ağdaş rayon sakini Elçin Lətifov polis şöbəsinə ərizə ilə müraciət edərək, mühasib işlədiyi məhdud məsuliyyətli müəssisədən 6 min manat dəyərində 24 top elektrik kabellərinin oğurlandığını bildirib.



DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a bildirilib ki, müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Ərəbocaq kənd sakini Sərxan Quliyev saxlanılıb.

Ətrafında davam etdirilən araşdırmalarla onun həmin MMC-də traktorçu işlədiyi məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Kabel   #Traktorçu  

Oxunub: 654