Yeni sədr daha bir vəzifəli şəxsi işdən çıxardı


20:16     18 May 2018 18_05_18_1526645795.jpg


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") daha bir şöbə müdiri işdən çıxarılıb.

Femida.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmr imzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, "Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdən azad edilib.

Femida.az

Açar sözlər: #qaçqınkom   #Rövşən_Rzayev   #iş   #vəzifə  

Oxunub: 932