Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində


21:01     18 May 2018 18_05_18_1526648553.jpg


Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində olublar.

Femida.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün Facebook səhifəsində yazır.

“Onlar operativ vəziyyətlə yerində tanış olandan sonra komandanlıqla bu istiqamətdə xidmət keçməyin xüsusiyyətlərini müzakirə etdilər. Müdafiə naziri David Tonoyan hərbçiləri daim sayıq olmağa, təxribatlara uymamağa, ancaq düşmənin istənilən hərəkəti barədə xəbərdarlıq etməyə çağırıb” - Ovanisyan yazıb.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Prezident bildirib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. Azərbaycan prezidentinin bu səfəri düşmən ölkədə növbəti dəfə “Naxçıvandan qaynaqlanan təhdidlə” bağlı panika yaradıb.

Femida.az

Açar sözlər: #Ermənistan   #müdafiə   #xarici_işlər   #nazir   #Naxçıvan  

Oxunub: 1127