Şəkidə 26 yaşlı gənc intihar edib


21:20     26 Sentyabr 2015 ntiha.jpg

Şəkidə 26 yaşlı gənc intihar edib.


Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Qoxmuq kəndində qeydə alınıb.

Qoxmuq kənd sakini, 1989-cu il təvəllüdlü Elçin Eyvaz oğlu Bayramovun meyiti yaşadığı evdə asılmış halda yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı E. Bayramovun hələlik istintaqa məlum olmayan səbəb üzündən intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. /apa/

Açar sözlər:

Oxunub: 920