Gürcüstanda ən çox yayılmış soyadlar - Məmmədov, Əliyev...


23:37     18 May 2018 gurcustan%20azerbaycan.jpg

Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılmış soyadların 20-liyini açıqlayıb.


Femida.az-ın məlumatına görə, siyahıda 3 azərbaycanlı soyadı yer alıb.

Qonşu ölkədə Məmmədov ən geniş yayılmış 2-ci soyaddır. Bu soyadı 28 081 nəfər daşıyır. Əliyev soyadı isə 19 094 nəfərlə 4-cü yerdədir. Hüseynov ən geniş yayılmış 15-ci soyaddır ki, bu soyadı daşıyanların sayı 10 831 nəfər təşkil edir.

Gürcüstanda ən çox yayılmış soyad isə Beridzedir. Bu soyadı 29 068 nəfər daşıyır.

Femida.az

Açar sözlər: #Məmmədov   #Əliyev   #Hüseynov   #soyad  

Oxunub: 1018