Nazirlik vəzifəli şəxsi cərimələdi


00:00     19 May 2018 2018/05/1-2_1526658771.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.


ETSN-nn mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Femida.az

Açar sözlər: #Cərimə   #Ekologiya   #Vəzifəli  

Oxunub: 904