Şəhid ailələrinə şad xəbər - 11 min manat bu tarixdə veriləcək

Şəhid ailələrinə şad xəbər - 11 min manat bu tarixdə veriləcək

09:55     19 May 2018 manattt.jpg


Şəhid ailələrinə 11 min manat birdəfəlik ödənişin veriləcəyi vaxt müəyyənləşib. İlkin ödənişlərin bu ilin sonuna kimi həyata keçirilməsi planlaşdırılır. Vərəsələrin adları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

Femida.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım edilməsi ilə bağlı siyahı forması hazırlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan siyahının forması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilib. Ödənişin hansı şərtlərlə həyata keçiriləcəyi dəqiqləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Hüseynovun sözlərinə görə, həmin qurumlardan rəsmi cavab alındıqdan sonra vərəsələrin adları nazirliyin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

Yəni adı siyahıda olan vətəndaş konkret olaraq növbəsini biləcək.

İlkin ödənişlərin edilməsinə isə bu ilin son rübündən başlanılacağı proqnozlaşdırılır. Varislər pulun alınması üçün nümayəndə də seçə bilər və yaxud bu vəsait hər bir varisin hesabına ayrı-ayrılıqda da köçürülə bilər.

Femida.az

Açar sözlər: #Şəhid   #ailə   #yardım   #ƏƏSMN  

Oxunub: 5725