Usubov iki rayona yeni rəis TƏYİN ETDİ
14:07 19 May 2018
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
Femida.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Abşeron rayon Polis Şöbəsinin rəis müavini polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, Astaranın yeni rəisi A. Cahangirov tanınmış polis zabitidir. O, uzun illər daxili işlər orqanlarında çalışıb. A. Cahangirov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.
Femida.az
Oxunub: 4400
Oxşar xəbərlər
- Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”
- Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atır"
- Ramil Usubov: "Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır"
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Patruşev Bakıda Ramil Usubovla danışıqlar apardı
- Nikolay Patruşev Ramil Usubovla görüşüb
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO