Aeroport yolunda hərəkət məhdudlaşdırılır
14:25 19 May 2018

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.
Femida.az-a xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.
"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 692
Oxşar xəbərlər
- Bakıda avtobus sürücüsü sərnişini döyüb
- Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
- Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
- Polisdən əməliyyat: Qadını döyən sürücü saxlanıldı
- Bakıda avtobus sürücüsü sərnişini döyüb - VİDEO
- Qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub
- Avtobus sürücüsü sərnişini döyüb? - Bakı Nəqliyyat Agentliyindən açıqlama
- Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
- Piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
- Qadının ölümünə səbəb olan sürücünün məhkəməsi olacaq