Daşkəsəndə yük maşını aşıb, yaralılar var


20:25     19 May 2018 asan%20kamaz.jpg

Daşkəsəndə yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az-ın verdiyi məlumata görə, qəza rayonda yerləşən Qoşqar dağı ərazisində baş verib. Hərəkətdə olan “Ural” markalı yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdirilib.

Onlara tibbi yardım göstərilib. Xəsarət almış şəxslərdən birinin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Qəza   Yük   Gəncə  

Oxunub: 868