Qəza törədib qaçdı - Azadlığa buraxıldı


17:08     19 May 2018 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Sabunçu Rayon Məhkəməsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən Bilal Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Vəkil Balabəy Məlikovun Femida.aza verdiyi xəbərə görə, hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. Qasımova bəraət verilib. Məhkəmə onun əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib.

İttihama görə, B. Qasımov 28 mart 2017-ci il tarixdə idarə etdiyi “Lexus GX 470” markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətinə hərəkət edən zaman digər istiqamətdə hərəkət edən Malik Cəfərovun idarə etdiyi avtomobillə toqquşub.

Hadisə nəticəsində M. Cəfərov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Femida.az

Açar sözlər: Qəza   Cinayət   Hökm  

Oxunub: 789