Prezidentin vəzifə verdiyi yeni icra başçısı kimdir?
22:02 19 May 2018
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilib.
Femida.az xəbər verir ki, İcra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edib.
Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.
R.İbrahimovla bağlı məlum olan yeganə fakt onun neftçi olmasıdır. O, 19 sentyabr 2014-ildə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Digər maraqlı məqam isə onun məşhur neftçi Hüseyn İbrahimovun oğlu olması ehtimalıdır.
1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olan H.İbrahimov 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984-1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilib.
XII çağırış (1989-1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olub.
Naftalan İH-dən Rövşən İbrahimovun Hüseyn İbrahimovun oğlu olub-olmadığını bilmədiklərini qeyd ediblər.
Oxunub: 5054
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib
- Həbsdə olan icra başçısının tenderlərdən əldə etdiyi vəsaitlər məlum olub
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Kürdəmirin sabiq icra başçısının müsadirə edilən əmlakları məlum olub - SİYAHI
- Ukraynada döyüşən azərbaycanlı bacılar kimdir? – Ataları Azərbaycanda icra başçısı olub
- Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb
- Prokuror həbsdə olan keçmiş icra başçısına 12 il həbs cəza istəyib