Göygöldə piyadanı maşın vurub


23:50     26 Sentyabr 2015 piyada8.jpg

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Bayraq Meydanı ərazisində qeydə alınıb.

Rayon sakini, 1978-ci il təvəllüdlü Hafiz Balaxanov yolu keçmək istəyərkən “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 889